EN

İndiyə qədər dilimə içki dəyməyib

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İndiyə qədər dilimə içki dəyməyib".

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın "GB News" telekanalına açıqlamasında deyib.

O, həyatının heç bir dövründə nə alkoqol, nə də narkotik maddə qəbul etdiyini söyləyib.

Tramp qeyd edib ki, zərərli vərdişlərdən yaxa qurtarmaq çətindir və buna görə də öz övladlarına hər zaman narkotiklərə, alkoqola və siqaretə yaxın durmamağı tövsiyə etdiyini vurğulayıb. Onun sözlərinə görə, insan bu vərdişə heç başlamasa, sonradan asılılıqla mübarizə aparmağa ehtiyac qalmır.

Bu il Trampın 79 yaşı tamam olub. O, 7 oktyabrda "Newsmax" telekanalına açıqlamasında özünü otuz il əvvəlkindən daha yaxşı hiss etdiyini deyib. Bu fikir sosial şəbəkələrdə yayılan xəstəlik iddialarına cavab olaraq səsləndirilib. Həmin iddialarda Trampın bir neçə gün ərzində ictimaiyyət qarşısına çıxmaması və Ağ Evin açıqladığı çıxış qrafikində onun adının görünməməsi xüsusi vurğulanırdı.

Oktyabrın sonunda Tramp bildirib ki, o, MRT müayinəsindən keçib və nəticələr ideal çıxıb.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
2
news.milli.az

3Sources