EN

Eyni anda 9 uşağa hamilə qaldı

Qadın eyni anda 9 uşağa hamilə qalıb.

Milli.Az xəbər verir ki, bu barədə "Al Arabiya" nəşri yazır.

Misirdə aparılan adi ultrasəs müayinəsi zamanı hamilə bir qadının doqquz körpə gözlədiyi məlum olub. Belə bir halın yaranmasına səbəb qadının ovulyasiyanı artıran dərmanları həkim nəzarəti olmadan qəbul etməsi ola bilər.

Həkimlər bildirir ki, bu cür preparatlar eyni ay ərzində bir neçə yumurtanın yetişməsinə səbəb olur. Doza normadan çox olarsa daha çox yumurtanın mayalanması mümkündür.

Qadının bütün embrionları saxlayıb saxlamayacağı hələ bəlli deyil.

Qeyd edək ki, müasir tibbin köməyi ilə embrionların sayını azaltmaq mümkündür. Bu ana üçün riski azaldır və qalan körpələrin sağlam inkişafına şərait yaradır.

İsmayıl
Milli.Az

Chosen
40
2
milli.az

3Sources