Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrikstansiyalarında (KES) 73,5 milyon kVt-saat elektrik enerjisiistehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9milyon kVt-saat və ya 61,2% çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrikstansiyalarında 532,3 milyon kVt-saat elektrik enerjisi istehsaledilib ki, bu da ötən ili ilk 10 ayındakı göstərici ilə müqayisədə46 milyon kVt-saat və yaxud 9,5% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilinyanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorundaistehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkiledib.