EN

Axtarışda olan 7 itkin tapıldı

Ötən gün ailələrinin itkin kimi axtarışa verdiyi 7 nəfər tapılaraq təhvil verilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Noyabrın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

Chosen
39
12
publika.az

10Sources