EN

İndiyədək TAP vasitəsilə 53 milyard kubmetrə yaxın təbii qaz ötürülüb

BAKI, 15 noyabr. TELEQRAF

İstismara verildiyi tarixdən indiyədək Trans-Adriatik Boru Kəmərinin (TAP) təxminən 52,7 milyard kubmetr təbii qaz nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kəmərin istismara verilməsindən 5 il ötür:

“Cənub Qaz Dəhlizinin mühüm mərhələlərindən biri olan TAP ölkəmizin #enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini daha da gücləndirir. Eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”.

Chosen
82
2
teleqraf.com

3Sources