BAKI, 15 noyabr. TELEQRAF
İstismara verildiyi tarixdən indiyədək Trans-Adriatik Boru Kəmərinin (TAP) təxminən 52,7 milyard kubmetr təbii qaz nəql edilib.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kəmərin istismara verilməsindən 5 il ötür:
“Cənub Qaz Dəhlizinin mühüm mərhələlərindən biri olan TAP ölkəmizin #enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini daha da gücləndirir. Eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”.