EN

Mədəniyyət naziri Daşkənddə Nazirlər Konfransında çıxış edib (FOTO)

Bakı.Trend:

13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə“Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalqkonqres keçirilir.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanvə Qırğızıstanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğukonqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi iləAzərbaycan nümayəndə heyəti də iştirak edir.
Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkilolunub.

Açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri OzodbekNazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresinəhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransınınölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfəverəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycantərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görəözbəkistanlı həmkarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MərkəziAsiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazirson illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişafetdiyini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımızarasında etibarlı körpü olan mədəniyyət sahəsində də əməkdaşlıqildən-ilə dərinləşir. "Həm ötən il, həm də bu il qardaşölkələrimizin mədəni həyatı üçün çox əlamətdar olub. Qarşılıqlımədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədiikollektivlərin səfərləri, elm və təhsil qurumları, yaradıcılıqtəşkilatları arasında əməkdaşlığın genişlənməsi, çoxəsrlik mədənizənginliklərimizin təbliği - bütün bunlar əlaqələrimizin yüksəksəviyyəsindən xəbər verir. Ölkə rəhbərlərimizin müvafiq sahələrüzrə qarşıya qoyduqları vəzifələrin, verilən tapşırıqların icrasıilə bu istiqamətdə yeni parlaq səhifələr yazacağımıza inanıram", -deyə nazir əlavə edib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri AidaBalayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen,Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanınmədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri MirbekMambataliyev çıxış ediblər.

Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətinivurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindəndanışıblar.

Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Chosen
50
7
az.trend.az

10Sources