EN

SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb

14 noyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

Görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Söhbət zamanı SOCAR-ın strateji hədəflərinə uyğun olaraq, həyata keçirdiyi layihələr, əldə olunan nəticələr barədə qarşı tərəfə məlumat verilib, həmçinin ehtiyatların qiymətləndirilməsi, innovativ texnologiyalar, rəqəmsallaşma istiqamətlərində yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Chosen
53
12
marja.az

10Sources