Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri
üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30
çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.
COP zamanı milli parlamentlər üçün əsas
platforma hesab olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal
iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və
ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbir bu il Braziliya
Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.
Nigar Arpadarai tədbir çərçivəsində keçirilən “Milli səviyyədə müəyyən
edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlament fəaliyyətinin gücləndirilməsi”
adlı panel müzakirəsində çıxış edib. O, ötən il Bakının ev sahibliyi etdiyi
COP29-un nəticələrinin tarixi əhəmiyyəti, eləcə də iqlim dəyişmələri ilə
mübarizə mövzusunda parlament fəaliyyətinin gücləndirilməsinin vacibliyi barədə
fikirlərini bölüşüb.
"Azərbaycan"