Gəncədə yeniyetmə piyadanın öləməsinin bəzi detalları məlum olub.
KONKRET.az unikal-a istinadla xəbər verir ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə.Qurbanovu həmyerlisi 1997-ci il təvəllüdlü Ə.Fərzəliyev özünə məxsus “VAZ 2107” ilə qəsdən vuraraq öldürüb.
İlkin məlumata görə, hadisədən bir neçə saat əvvəl ölən Ə.Qurbanov onu öldürən Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış. Bu səbəbdən onların arasında mübahisə düşüb. Mübahisə zamanı 17 yaşlı Ə.Qurbanov “VAZ 2107”-nin sahibi 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevin bud nahiyəsinə bıçaqla, daha sonra isə başına daşla vurub.
Bundan sonra yeniyetmə xəsarət alan 28 yaşlı gənci hadisə yerində qoyaraq uzaqlaşıb. 28 yaşlı Ə.Fərzəliyev öz avtomobillinə əyləşərək yolla gedən və ona xəsarət yetirən 17 yaşlı Ə.Qurbanovu vurub. Yol kənarında olan evin hasarı ilə avtomobilinin arasında qalan 17 yaşlı yeniyetmə ağır xəsarət alıb. O xəstəxanaya aparılarkən yolda ölüb.
28 yaşlı Ə.Fərzəliyev hadisədən sonra könüllü olaraq polisə təslim olub. O, bərbər işləyirmiş.
Xatırladaq ki, ölən 17 yaşlı Ə.Qurbanovun atası Qurban Qurbanov Gəncə şəhərində kriminal-avtoritet kimi məhşur olub. Baş verən hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.