EN

Gəncədə gənci qəsdən maşınla vurub öldürdülər

Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub.

Hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov "VAZ 2107"-in sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib.

Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin "VAZ 2107" ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

Məlumata görə, 17 yaşlı Ə. Qurbanov hadisə baş verən gün Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış.

Chosen
24
10
aznews.az

10Sources