Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, E.Cəfərov 1951-ci il iyulun 5-də Naxçıvan şəhərində anadan olub. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.