EN

Azərbaycan Aİ ilə qlobal rəqəmsal bağlantının gücləndirilməsini müzakirə edib

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında qlobal rəqəmsal bağlantının gücləndirilməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. SİA-nın verdiyi məlumata görə,, bu barədə müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçlə keçirdiyi görüşdə baş tutub.

Görüşdə Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC) hazırlıq prosesi, qlobal rəqəmsal bağlantının gücləndirilməsi və Azərbaycan–Aİ əməkdaşlığının genişləndirilməsi istiqamətləri ətrafında müzakirələr aparılıb.

Avropa İttifaqı Azərbaycanın qlobal rəqəmsal əlaqəliliyin inkişafı və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, ölkənin bu istiqamətdə irəli sürdüyü təşəbbüslərə dəstəyini bir daha bəyan edib.

Azərbaycan isə öz növbəsində Aİ ilə rəqəmsal və nəqliyyat sahələrində qarşılıqlı faydalı tərəfdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Həmçinin WTDC çərçivəsində bu əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

Müəllif: Ziya Hikmətoğlu
Chosen
3
2
sia.az

3Sources