EN

Bakıda sevgilisi ilə hotelə gedən kişi yeməyə görə həbs olundu

Bakıda 33 yaşlı kişi 210 manatlıq yemək sifariş verdiyi üçün məhkəməlik olub.

Day.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən hotellərin birində baş verib.

1992-ci il təvəllüdlü X Məmmədov sevgilisi N Quliyeva ilə istirahət zamanı qadının bank kartından xəbərsiz istifadə edərək mobil tətbiq vasitəsi ilə 210 manat dəyərində yemək sifariş edib.

N Quliyeva kartından pul çıxıldığını aşkar edəndən sonra bunu gizli şəkildə edilən oğurluq kimi qiymətləndirib və Abşeron Rayon Polis İdarəsinə müraciət edib.

İş məhkəməyə göndərilib və Abşeron Rayon Məhkəməsinin qərarı ilə X Məmmədova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Chosen
14
7
day.az

8Sources