EN

Türkmən səhrasında yaşıl ada

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Türkmənistandakı “Sarıqamış” gölünün şərq hissəsində salınmış “Botendağ” meşə massivi genişləndirilir. Burada minlərlə susuzluğa davamlı ağac tingləri əkilir. Bu barədə “Türkmenportal” saytı məlumat yayıb.

Xəbərdə deyilir ki, meşə zolağını böyükməkdə məqsəd ərazidəki kəskin hava fırtınaları zamanı küləyin səhra qumunun bir yerdən başqa sahəyə daşınmasının qarşısını qismən də olsa almaqdır. Maraqlıdır ki, yuxarıda adını çəkdiyimiz “Sarıqamış” gölündən hər il min tonlarla yüksəkkeyfiyyətli xörək duzu yığılır. Onun böyük bir hissəsi ixrac edilir.

Qeyd edək ki, Türkmənistanda torpaqların suvarılmasının səmərəli təşkili daim mühüm əhəmiyyət kəsb edib. Amudərya çayından çəkilən Qaraqum kanalı minlərlə hektar torpağın canlanmasında böyük rol oynayır. Türkmənistanın başqa bir özəlliyi ondadır ki, ölkə ərazisi yeraltı sularla çox zəngindir. Türkmənlər zarafatla deyirlər ki, Allah torpağın üstündəki suyu az versə də, torpağın təkini su sarıdan bol eləyib. Yeraltı suların səthə yaxın olduğu ərazilərdə sahələr mövcuddur. Zəngin bitki örtüyü vahələrə özünəməxsus bir gözəllik verir.

Əziz oxucu, bir anlığa təsəvvür edin ki, siz Türkmənistanın Günəşin yandırıb-yaxan, ucsuz-bucaqsız səhralarında dəvə üstündə yol gedirsiniz və nəhayət, zümrüd kimi yamyaşıl vahələrin birinə gəlib çatıbsınız. Sevinəcəksiniz, deyilmi? Türkmən şairləri ilğıma bənzər belə səhnələri şeirlərində vəsf etməkdən nə doyur, nə də usanırlar.

Məsaim ABDULLAYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
1
xalqqazeti.az

2Sources