EN

"WhatsApp" mesajlaşma tarixində yeni dövr

"Meta" Avropada "WhatsApp" istifadəçiləri üçün üçüncü tərəf çat inteqrasiyasını işə saldığını açıqlayıb.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, bu addım Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərinə uyğun olaraq "WhatsApp"ın digər mesajlaşma platformaları ilə qarşılıqlı işləməsini təmin edir. Bununla da istifadəçilər tezliklə "WhatsApp" vasitəsilə müxtəlif mesajlaşma tətbiqlərindəki kontaktlarla əlaqə yarada biləcəklər.

"Meta" bildirir ki, aylarla davam edən sınaqlar uğurla tamamlanıb. Tezliklə "WhatsApp" istifadəçiləri "BirdyChat", "Haiket" kimi tətbiqlərdəki kontaktlarla birbaşa "WhatsApp"dan yazışa biləcəklər. Bu, Aİ-nin qarşılıqlı fəaliyyət tələblərinə cavab vermək üçün atılan ən mühüm addımlardan biri hesab olunur və mesajlaşma tətbiqləri arasındakı texniki maneələri aradan qaldıracaq.

Yeni sistem aktivləşdirildikdən sonra istifadəçilər üçüncü tərəf kontaktlarına mesajlar, şəkillər, videolar, səsli mesajlar və fayllar göndərə biləcəklər. Qrup söhbəti funksiyası isə tərəfdaş platformaların tam uyğunluq əldə etməsindən sonra istifadəyə veriləcək.

Chosen
42
4
olke.az

5Sources