EN

Zəngəzurda bəbirlər çoxalır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zəngəzur Milli Parkında bəbir balaları görüntülənib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zəngəzur Milli Parkında aparılan 13 illik kamera monitorinqlərinin nəticələrinə görə, əvvəllər hər iki ildən bir qeydə alınan bəbir balaları son illərdə artıq hər il müşahidə edilməyə başlayıb. Parkda doğulan bəbir balaları böyüyərək region ölkələrinin ərazilərinə yayılır. Bir fərdin isə Türkiyənin Qara dəniz bölgəsinə qədər hərəkət trayektoriyası təsdiqlənib.

Monitorinq dövründə Zəngəzur dağlarında 15-dən çox bəbir balası doğulub və yetkinlik yaşına çatıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
6
xalqqazeti.az

10Sources