EN

Vəfat edənlərlə “ünsiyyət qurmağa” imkan verən tətbiq yaradıldı

ABŞ-də vəfat etmiş şəxslərlə “ünsiyyət qurmağa” imkan verən tətbiq yaradılıb.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “2wai” adlı tətbiq süni intellekt əsasında işləyir.

Bu texnologiyanın köməyi ilə istifadəçilər real və ya uydurma şəxslərin rəqəmsal avatarını yarada bilərlər. Sonradan bu, real zaman rejimində ünsiyyət qurmağa imkan verəcək çat-bota çevriləcək.

Tətbiqin reklamında hamilə bir qadının vəfat etmiş anasının rəqəmsal surəti ilə ünsiyyət qurduğu əks olunub. Daha sonra onun övladı da nənəsi ilə danışmağa başlayır.

“Bir çoxları bu texnologiyanın tətbiqinin dəhşətli fəsadlarının olacağını iddia edirlər, bir çoxları isə bunu “demonik”, qeyri-insani addım adlandırır” - nəşr yazıb.

"Cebheinfo.az"

Chosen
4
1
cebheinfo.az

2Sources