EN

Kəbədə VİDEO çəkib paylaşan qadının sözləri sosial mediada qəzəb doğurdu VİDEO

ain.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Kəbəyə ziyarət üçün gedən bir qadının sosial mediada paylaşdığı video böyük müzakirələrə və etirazlara səbəb olub.

Tribunainfo.az xəbər verir ki, təvaf zamanı çəkdiyi görüntüləri izləyicilərlə bölüşən qadın qeyri-adekvat ifadələr işlətməkdə ittiham olunur.

Görüntülərdə qadının təvaf edərkən belə dediyi eşidilir:

“Kəbəni hörmətlə təvaf edirəm. Burada 3 gənc var. Yəqin ki, basketbolçudurlar. Onların nə qədər yaraşıqlı olduqlarını bilirsinizmi? Tövbə edirəm və Allahdan bağışlanma diləyirəm”.

Sosial şəbəkə istifadəçiləri bu ifadələrin Kəbə kimi müqəddəs bir yerdə səsləndirilməsini tənqid edib və qadını dini həssaslıqları nəzərə almamaqda günahlandırıblar. Qısa müddətdə minlərlə istifadəçi tərəfindən paylaşılan video altına sərt reaksiyalar yazılıb.

Hadisə ilə bağlı qadın əlavə açıqlama verməsə də, sosial mediada müzakirələr davam edir.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
tribunainfo.az

4Sources