EN

TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunan əlavədən mütləq zərurətə çevrildi - Ceyms Şarp

Bakı. Trend:

Sonuncu həlqəsi Transadriatik qaz kəməri (TAP) olan Cənub QazDəhlizi hər zaman Avropa İttifaqına qaz tədarükü və enerjitəhlükəsizliyinin mühüm tamamlayıcısı kimi nəzərdən keçirilib.

Bunu Trend-ə BöyükBritaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp TAP-ınkommersiya istismarına verilməsinin 5 illiyi münasibətilədeyib.

“O zaman ümumi tədarük həcmlərində payı çox böyük olmasa da, TAPmənbələrin şaxələndirilməsinin mühüm elementi hesab olunurdu –Xəzər regionundan Avropaya Rusiyadan asılı olmayan istiqamət üzrəkəmərlə qaz çatdırılmasını mümkün edən ilk marşrut idi. 2022-ciilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü Azərbaycanın və onuntərəfdaşlarının nə qədər uzaqgörən olduğunu açıq şəkildə göstərdi.TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunanəlavədən mütləq zərurətə çevrildi”, – o vurğulayıb

Şarpın sözlərinə görə, Azərbaycanın enerji tərəfdaşı kimietibarlılığı heç vaxt şübhə doğurmayıb.

“bp şirkəti burada uzun illərdir uğurla fəaliyyət göstərir,müqavilələrin sabitliyindən və SOCAR ilə Azərbaycan hökuməti iləkonstruktiv münasibətlərdən bəhrələnir. Lakin Rusiyanın Ukraynayatəcavüzündən və Aİ-nin Rusiya qazı idxalını azaltmaq səylərindənsonra Azərbaycanın etibarlı tərəfdaş kimi dəyəri xüsusilə qabarıqşəkildə üzə çıxdı. Məhz Azərbaycan, xüsusilə Cənub-Şərqi Avropaölkələri üçün əvəzləyici qaz həcmlərinin əsas tədarükçüsünəçevrildi. TAP-a qoşulan Yunanıstan–Bolqarıstan interkonnektoruəvvəllər cüzi bir qolu xatırlatsa da, sonradan Mərkəzi vəCənub-Şərqi Avropada Rusiya qazından asılılığı azaltmaq və ya tamaradan qaldırmaq istəyən bir çox ölkə üçün həyati əhəmiyyətqazandı. Azərbaycan tərəfindən nə qədər sürətli reaksiyanıngöstərilməsi məni xüsusilə təəssüratlandırdı – ölkə ixrachəcmlərini artırdı, yeni razılaşmalar bağladı və qazı əvvəlcədənnəzərdə tutulduğundan xeyli çox sayda ölkəyə çatdırmağın yollarınıtapdı. Bu, etibarlı tərəfdaşın həqiqi göstəricisidir”, – deyə sabiqsəfir qeyd edib.

TAP-ın gələcək genişləndirilməsindən söz açan Şarp bildirib ki,layihənin həyata keçirilməsi üçün Azərbaycan, Türkiyə və onlarıntərəfdaşları müəyyən maliyyə risklərinin bir hissəsini üzərlərinəgötürməli ola bilərlər.

“Türkmənistandan qazın Transxəzər qaz kəməri vasitəsilə əlavəolunması layihənin iqtisadi cəhətdən daha cəlbedici olmasına səbəbola bilər. Həmçinin Azərbaycanın Suriyaya qaz tədarükünə başlamasıda maraqlı məqamdır. TAP bu prosesdə iştirak etmir və hələlikhəcmlər çox böyük deyil, lakin bu, regionda Azərbaycanın artanrolunu nümayiş etdirir. Daha genişmiqyaslı sülh razılaşmaları əldəedildiyi təqdirdə bu rol daha da önəm qazana bilər”, – deyə ofikrini yekunlaşdırıb.

Məqalədə:
Chosen
67
2
az.trend.az

3Sources