EN

Avropa çempionatı: Azərbaycan basketbol millisi Monteneqronu öz meydanında qarşılayacaq

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında saat 15:00-da başlayacaq.

Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olub.

İdman.Biz

Chosen
28
6
idman.biz

10Sources