EN

Maşın qaçırtdı, adam bıçaqladı, faciəli şəkildə öldü Gəncədəki hadisənin TƏFƏRRÜATI

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncədə piyadanın ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, piyada şəhər sakini 2009-cu il təvəllüdlü Əziz Qurbanovu həmyerlisi 1997-ci il təvəllüdlü Ələddin Fərzəliyev özünə məxsus VAZ-2107 minik avtomobili ilə qəsdən vurularaq öldürüb.

İlkin məlumata əsasən, hadisədən bir neçə saat öncə Ə.Qurbanov Ə.Fərzəliyevin avtomobilini qaçırıb. Buna görə də onlar arasında mübahisə yaranıb.

Mübahisə zamanı Ə.Qurbanov Ə.Fərzəliyevin bud nahiyəsinə bıçaqla, sonra isə baş nahiyəsinə daşla vurub. Daha sonra Ə.Qurbanov hadisə yerindən uzaqlaşıb.

Ə.Fərzəliyev öz avtomobillinə əyləşərək yolla gedən Ə.Qurbanovu vurub. Yolun kənarında olan evin hasarı ilə avtomobilin arasında qalan yeniyetmə ağır xəsarət alıb. O, xəstəxanaya aparılan zaman yolda ölüb.

Ə.Fərzəliyev hadisədən sonra könüllü polisə təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
2
baku.ws

3Sources