Dünyada ilk dəfə təyyarədə robot stüarddan istifadə edilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, maraqlı yenilik Rusiyada yaşanıb.
Belə ki, “Pobeda” aviaşirkətinin Moskvadan Ulyanovska uçan reysində sərnişinləri "Volodya" adlı robot kabin xidmətçisi qarşılayıb.
Hazırda sınaq mərhələsində olan robot sərnişinlərin marağına səbəb olub.
Sərnişinlərin minik biletlərini yoxladıqdan sonra "Volodya" onlara uçuşdan əvvəlki təhlükəsizlik prosedurlarını izah edib.
Uçuşdan sonra sərnişinlər robot stüardla şəkil çəkdirib.
Aviaşirkət nəticələr qiymətləndirildikdən sonra robotun gələcək uçuşlarda istifadə edilə biləcəyini açıqlayıb.
Billurə