EN

SOCAR reytinq şirkətləri ilə yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) reytinq şirkətləri ilə yeni ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır.

Bu barədə TurkicWorld SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, alternativ maliyyə resurslarına çıxışı asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya fondları ilə əməkdaşlıq etməyi, həmçinin "Yaşıl" və "dayanıqlı" maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları üzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilk şirkətdir. Vurğulanıb ki, bu reytinq SOCAR-ın əksər milli neft şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu göstərir.

"Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır",- məlumatda qeyd edilib.

Qeyd edək ki, "S&P Global Ratings" qlobal kapital bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin reytinqləri investorlar və maliyyə institutlarının qərarları və borclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BB reytinqi, ötən səkkiz il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.

Bildirilib ki, son illərdə enerji bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, SOCAR-ın ardıcıl dörd il müsbət sərbəst pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi bu nəticələrin əldə olunmasını imkan yaradıb. Vurğulanıb ki, S&P tərəfindən verilmiş "sabit" proqnoz SOCAR-ın mövcud maliyyə göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı əks etdirir.

"Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının effektivliyini təsdiqləyir. Bu kompleks tədbirlərin nəticəsində şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq "investisiya oluna bilən səviyyə" kredit reytinqinə – BBB- (Fitch Ratings) və Baa3 (Moody’s) – layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital bazarlarında maliyyə sabitliyinin və etibarlılığının göstəricisidir", - məlumatda əlavə edilib.

Əlavə edək ki, "S&P Global Ratings" SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib.

SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin artırılmasını təmin edib.

Chosen
7
14
turkic.world

10Sources