EN

Paşinyan Azərbaycan düşmənini Ermənistana niyə buraxmadı – Wargonzo jurnalistindən sərt giley

“Wargonzo” layihəsinin tanınmış əməkdaşı, mübahisəli reportyor Dmitri Selesnyov Ermənistanın onu ölkəyə buraxmamasından narazı qalıb və bu barədə “Sputnik Ermənistan”a geniş açıqlama verib.

Musavat.com-un xəbərinə görə, Selesnyov bildirib ki, artıq ən yaxın reyslə Sankt-Peterburqa bilet alıb və hazırda hava limanında uçuşu gözləyir. O, sərhəd xidmətinin əməkdaşlarını günahlandırmadığını deyib:

“Onların günahı yoxdur, onlar sadəcə göstəriş yerinə yetirirdilər. Açığı, mən itmiş istirahətə görə yox, Ermənistana bu qədər verdiyimə baxmayaraq, mənə belə münasibət göstərilməsinə görə məyus oldum. Qarabağ münaqişəsi ilə bağlı qeydlərimdə həmişə pro-erməni mövqeyi tutmuşam, amma nəticə budur”.

Jurnalist rəsmi İrəvanın bu addımını “hörmətsizlik” kimi qiymətləndirib, bunun onu dərin şəkildə məyus etdiyini bildirib.

Musavat.com xatırladır ki, “Wargonzo” layihəsi Vətən müharibəsi və ondan əvvəl Tovuz döyüşləri zamanı tam şəkildə Azərbaycana qarşı fəaliyyət göstərib, açıq şəkildə Ermənistanı müdafiə edib. Layihənin rəhbəri Semyon Peqov uzun illər boyu anti-Azərbaycan təbliğatı aparıb, saxta narrativlərlə regionda gərginliyi qızışdırmağa çalışıb. Onun Tovuz döyüşləri və Vətən müharibəsi günlərində həyata keçirdiyi fəaliyyət tam düşmənçilik idi. Ermənilərin Qarabağda yerləşın qanunsuz dəstəsinə ilham verən, Azərbaycan ordusuna dayanmadan böhtan atan Peqov savaş müxbirliyinin də üz qarasıdır.

6f4ed026-411d-37ea-95ec-5e78bb49262a_825.jpeg

İndi isə paradoksal vəziyyət yaranıb: Ermənistan hökuməti vaxtilə onu müdafiə edən “Wargonzo” nümayəndələrini ölkəyə buraxmır və onları açıq şəkildə “provokator” kimi qəbul edir.

Musavat.com

Chosen
38
17
musavat.com

10Sources