EN

17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək - FOTO

Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bildirilir.

Avtosfer.az Milli.Az-a istinadən xəbər verir ki, tərəflər noyabrın sonunda toy keçirmək üçün hazırlıqlara başlayıblar.

Məlumata əsasən, toy oğlan evinin həyətində təşkil olunacaq və mərasimin geniş ictimaiyyətə açıq şəkildə keçirilməyəcəyi deyilir.

Mənbə bildirib ki, həm bəy, həm də gəlin toy libaslarında olacaqlar.

Qeyd edək ki, qızın 18 yaşı gələn il iyunun 19-da tamam olacaq.

Xatırladaq ki, rayonun Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının 15 oktyabr tarixində qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni araşdırmış, hər iki ailəyə səfərlər təşkil etmişdi.

Hər iki qurum toyun qarşısının alındığını bildirsə də, oktyabrın 23-də oğlan toyunun gizli şəkildə keçirilməsi planlaşdırılmışdı. Toyun şadlıq sarayında deyil, O.Mehbalıyevin həyətində təşkil ediləcəyi, dəvətnamələrin paylandığı və qızın cehizlərinin oktyabrın 18-də oğlan evinə aparıldığı deyilmişdi.

Hətta toydan sonra cütlüyün Ukraynaya gedəcəyi və oktyabrın 26-na aviabiletlərin alındığı da iddia olunmuşdu.

Oktyabrın 23-nə nəzərdə tutulan toy ailə tərəfindən təxirə salınsa da, hazırda hər iki ailədə noyabrın sonunda keçiriləcək toy üçün hazırlıqların davam etdiyi bildirilir.

17

Chosen
8
10
avtosfer.az

10Sources