EN

Estoniya buna görə Ukraynaya 3,5 milyon avro ayırdı

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Estoniya İT koalisiyası çərçivəsində "Starlink" rabitə sistemlərinin alınması üçün Ukraynaya 3,5 milyon avro ayırıb.

Axar.az xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Ukrayna özü "Starlink" rabitəsinin təmin edilməsi üçün dəstəyə ehtiyac olduğu barədə məlumat verib:

"Ukraynanın yüksək sürətli internet bağlantısı tələb edən dronların sayını əhəmiyyətli dərəcədə artırmaq istəyini nəzərə alaraq "Starlink"in imkanları xüsusilə vacibdir. Silahla yanaşı, informasiya və texnologiya dəstəyi də kritik əhəmiyyət daşıyır. Buna görə də şadam ki, biz Ukraynanın İT imkanlarının təkmilləşdirilməsinə kömək edə və bununla da hər gün yüzlərlə insanın həlak olduğu müharibədə onun qələbə şansını artıra bilərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
axar.az

4Sources