EN

Qattuzo DÇ-2026-nın seçmə mərhələsindən narazıdır

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın seçmə mərhələləri haqda danışıb.

“İki sahil” ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis formatdan narazı olduğunu deyib:

"1990 və 1994-cü illərdə dünya çempionatlarında 2 Afrika komandası var idi (1994-cü ildə 3 - red.), indi isə 9-dur... Cənubi Amerikadan da 6 komnda iştirak edəcək. Təəssüf... Durum bir qədər kədərlidir. Avropada sistem dəyişməlidir".

Qeyd edək ki, Mekika, ABŞ və Kanadada təşkil olunacaq DÇ-2026-nın final mərhələsində 48 komanda mübarizə aparacaq. Mundiala Asiyadan 8, Afrikadan 9, Şimali Amerikadan 3 (+3 ev sahibi ölkələr), Cənubi Amerikadan 6, Okeaniyadan 1, Avropadan 16 + 2 komanda qatılacaq. 

İtaliya millisi seçmə mərhələnin sonuna 1 tur  qalmış İ qrupunda 18 xalla 2-cidir. Lider Norveçin 21 xalı var. 

Chosen
28
2
ikisahil.az

3Sources