Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 milyon 779 min kvadratmetr pambıq parça istehsal edilib.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.
Noyabrın 1-nə ölkədə 212,6 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 % çoxdur.
"Cebheinfo.az"