EN

Energetik içkilər 22 yaşlı gənci tanınmaz hala saldı FOTO

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sankt-Peterburqda yaşayan 22 yaşlı gənc uzun illər energetik içkilərdən sui-istifadə nəticəsində ciddi sağlamlıq problemləri ilə üzləşib və hazırda əlil arabasındadır.

Tribunainfo.az xəbər verir ki, məlumata görə, gənc hələ 16 yaşından etibarən gündəlik olaraq energetik içkilər içməyə başlayıb.

Ailəsi ilə Yamal-Nenets dairəsinin Nadım şəhərində yaşayan Artyom qış aylarında evdən az çıxır, vaxtını isə əsasən kompüter oyunlarına sərf edirdi. Gecələr CS:GO oynamaq üçün o, energetik içkilərə aludə olub. İlk vaxtlar bir banka ilə kifayətlənsə də, sonralar gündə üç banka içməyə başlayıb. Çox zaman bunu acqarına etdiyindən vəziyyəti daha da ağırlaşıb.

Keçən il isə fəsadlar özünü göstərib: gəncdə mədəaltı vəzinin qismən məhvi və ayaqlarda sinir zədələnməsi qeydə alınıb. Nəticədə Artyom yerimə qabiliyyətini itirib.

Həkimlər onun yenidən ayağa qalxmasının mümkün ola biləcəyini desələr də, mədəaltı vəzi ilə bağlı proqnozların çox ağır olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
tribunainfo.az

3Sources