EN

Ukrayna ordusu Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurduğunu təsdiqləyib - YENİLƏNİB

Ukrayna ordusunun Baş qərargahı Ryazandakı neft emalı zavodunun vurulduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Baş qərargahın Telegram kanalında bildirilib.

“Obyektdə partlayışlar və yanğın qeydə alınıb”, - məlumatda deyilir.

***

09:49

Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.

APA xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı yerli sakinlərə istinadən məlumat yayıb.

Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov gecə bölgədə 25 PUA-nın məhv edildiyini, bir müəssisənin ərazisində yanğın baş verdiyini bildirib. Malkov müəssisənin adını açıqlamayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan qiymətləndirilir.

17-18 milyon ton neft istehsal gücünə malik Ryazan neft emalı zavodu Rusiyada ilk beşliyə daxildir. O, dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisində 64 PUA vurulub.

Chosen
36
4
apa.az

10Sources