ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, o bunu Britaniyanın "GB News" telekanalına müsahibəsində deyib.
Müsahibə zamanı Tramp səkkiz müharibənin qarşısını aldığını və Ukraynanı nəzərdə tutaraq birinin qaldığını vurğulayıb.
O qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Rusiya-Ukrayna müharibəsi qədər güclü müharibə olmamışdı: “Biz Rusiyaya böyük iqtisadi təzyiq göstəririk”.