Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də ilk dəfə olaraq Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Axror Burxanov "X" sosial şəbəkə hesabında açıqlayıb.
"Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir vacib aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir", - deyə o, paylaşımında yazıb.
Burxanovun sözlərinə görə, Bayramovun görüşdə iştirakı yaxın dost və tərəfdaş dövlətlə çoxplanlı münasibətlərin daha da genişlənməsindən xəbər verir: