EN

Ekspert: Azərbaycan Özbəkistan humanitar əməkdaşlığı strateji yüksəliş mərhələsindədir

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Qlobal siyasətdə mədəni diplomatiyanın artan rolu fonunda dövlətlərarası humanitar əməkdaşlıq regional sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsində əsas alətlərdən birinə çevrilir. Bu kontekstdə Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlıq regionda nümunəvi əməkdaşlıq modeli kimi xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri APA-ya açıqlamasında Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Politologiya kafedrasının professor, tarix elmləri doktoru Ranoxon Tursunova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın aparıcı istiqamətlərindən biri mədəni və humanitar sahədir: "Xalqlarımız arasında dərin tarixi, dil və mədəni bağlara əsaslanan bu əməkdaşlıq kompleks və çoxşaxəli xarakter daşıyır. Son illər bu istiqamətdə fəaliyyət əhəmiyyətli dərəcədə genişlənib. Hər iki ölkədə müntəzəm olaraq Azərbaycan və Özbəkistan mədəniyyəti günləri keçirilir, konsertlər, teatr tamaşaları, sərgilər və film nümayişləri baş tutur. Bu tədbirlər mədəni irsin daha geniş tanıdılmasına və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Təhsil sahəsində də əməkdaşlıq intensivləşib. Özbək tələbələrinin Azərbaycan ali məktəblərində, azərbaycanlı tələbələrin isə Özbəkistan universitetlərində təhsil alması humanitar əlaqələrin yeni nəslin səviyyəsində möhkəmlənməsinə şərait yaradır. Həmçinin iki ölkə arasında birgə elmi konfranslar, gənc alimlərin forumları, akademik mobillik və universitetlərarası layihələr həyata keçirilir”.

Ranoxon Tursunova qeyd edib ki, turizm sahəsində əməkdaşlıq da genişlənir: “Poeziya, ədəbiyyat və sənətkarlıq ənənələrini əks etdirən mədəni marşrutlar üzrə birgə təşviqat proqramları beynəlxalq turizmin inkişafına töhfə verir. Teatr və musiqi kollektivlərinin qastrol səfərləri, rəssam və sənətkarların Bakı və Daşkənddə keçirilən beynəlxalq festivallarda iştirakı peşəkar əlaqələrin genişlənməsinə və mədəni təcrübələrin zənginləşməsinə şərait yaradır. Bundan əlavə, gənclər mübadiləsi, idman tədbirləri və mədəniyyətlərarası dialoqu dəstəkləyən layihələr xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir”.

Azərbaycan–Özbəkistan mədəni-humanitar əməkdaşlığı dinamizmi, açıqlığı və uzunmüddətli tərəfdaşlığa yönəlməsi ilə seçildiyini vurğulayan özbək ekspert qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin güclənməsində mühüm amildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
apa.az

2Sources