Ukrayna gələn onilliyin əvvəlində Avropa İttifaqının üzvü olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Nazirin sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası ilə bağlı proseslər müəyyən maneələrlə üzləşsə də, irəliləyiş mümkündür.
“Doğrudur, bu məsələ üzrə irəliləyişi Macarıstan bloklayır, amma Ukrayna artıq namizəd statusuna malikdir”, – Sikorski qeyd edib.