EN

Şəkidə iki nəfərə it HÜCUM ETDİ

Şəkinin Oxud kənd sakini 70 yaşlı Nərman Məmmədova və Qoxmuq kənd sakini 26 yaşlı Murad Məhərrəmova it xəsarət yetirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər iki şəxs dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciət ediblər.

Hər iki şəxs yaşadıqları ərazidə sahibsiz itlərin hücumuna məruz qalıblar.

Müayinə zamanı Nəriman Məmmədovda sağ və sol baldırın, Murad Məhərrəmovda isə göbək nahiyəsinin it dişləməsi xəsarəti aşkar edilib. Hər iki şəxsə tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Sözügedən şəxslərin xəsarətləri qənaətbəxş olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Tural Rasimoğlu, Bizim.Media., Şimal-Qərb bürosu

Chosen
28
39
bizim.media

10Sources