BAKI, 15 noyabr. TELEQRAF
"London meri Sadiq Xanın hərəkətsizliyi Britaniyanın paytaxtında cinayətlərin kəskin artmasına səbəb olub".
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp "GB News"- a müsahibəsində deyib.
"Londondakı cinayətə baxın. Anam Londonu sevirdi. O, həmişə bu şəhərdən danışırdı. Lakin o London bugünkündən fərqli idi. Bu gün insanlar ya bıçaqlanır, ya da daha pisdir", - Tramp deyib.
Ağ Ev rəhbəri hesab edir ki, 2016-cı ildə Londonu ələ keçirən Xan administrasiyası şəhər üçün əsl fəlakətə çevrilib.
"Londonda, Parisdə olduğu kimi, polisin yaxınlaşmaq belə istəmədiyi ərazilər var",- deyən Amerika lideri Xanı "cinayətə göz yuman rəzil adam" hesab etdiyini vurğulayıb.