EN

Ceyhun Bayramov ilk dəfə bu görüşdə iştirak etdi -YENİLƏNİB

Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə regional inteqrasiya və ortaq gündəm müzakirə olunub.

Redaktor.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov bildirib.

Nazirin sözlərinə görə, Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan həmkarları ilə məhsuldar görüş keçirilib.

Özbəkistan XİN başçısı əlavə edib ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və region ölkələrinin ümumi rifahının artırılması üçün mövcud imkanlar görüşdə ətraflı müzakirə olunub.

Baxtiyor Saidov qeyd edib ki, danışıqlar zamanı sammitin gündəliyinin layihəsi, qəbul ediləcək qərarlar və Mərkəzi Asiyada inteqrasiyanın gələcək konturlarını müəyyənləşdirəcək yekun sənədlər diqqət mərkəzində olub.

O vurğulayıb ki, regional inteqrasiya, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq problemlərin birgə həlli istiqamətində ölkələr arasında vahid yanaşma mövcuddur.

Xatırladaq ki, bu gün Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib.

***

17:25

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “X”də məlumat paylaşıb.

Onun sözlərinə görə, görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunub.

“Bu görüşün digər mühüm cəhəti də bu formatda ilk dəfə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakıdır ki, bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”, - o qeyd edib.

Chosen
10
7
redaktor.az

8Sources