Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumata görə, hadisə gecə 00:32 radələrində Mərdəkan şossesində qeydə alınıb.
Belə ki, 90-TK-444 dövlət qeydiyyat nişanlı “Range Rover”i idarə edən sürücü 1978-ci il təvəllüdlü Hüseynov Ramini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.