EN

SİA yerli mənbələrə istinadən xəbər verir ki,

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, D.Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini deyib və məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib.

“Düşünürəm ki, bunu etməliyəm”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, hadisə nəticəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer ona çox utandığını deyib və Tramp həftəsonu bu məsələ ilə bağlı Baş nazir ilə danışacağını vurğulayıb.

BBC cümə axşamı Trampdan üzr istəyib və montajı səhv qərar adlandırıb. Hadisə BBC-ni son onilliklərin ən ciddi böhranı ilə üz-üzə qoyub, iki yüksəkvəzifəli rəhbərin istefasına və quruma siyasi təzyiqlərin artmasına səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
sia.az

2Sources