Azərbaycan millisinin düşərgəsində zədələnən “Qarabağ”ın futbolçusu Toral Bayramovun bərpa prosesi 5-6 gün davam edəcək.
Publika.az xəbər verir ki, bunu millisinin baş məşqçisi Ayxan Abbasov bildirib.
Mütəxəssisin sözlərinə görə, 24 yaşlı müdafiəçidə birinci dərəcəli dartınma aşkarlanıb.