
ABŞ Prezidenti Donald Tramp maqnit rezonans tomoqrafiyasından (MRT) keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp jurnalistlərə deyib ki, o, MRT çəkdirib:
“MRT çox rutin bir müayinədir. Mən bunu etməməliyəm? Başqaları da bunu başa düşür... Mən MRT çəkmişəm. Həkim dedi ki, bu, onun tibbi karyerasında indiyə qədər gördüyü ən yaxşı testdir”.