Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci matçına çıxıb.
Paralel.az xəbər verir ki , Elxan Abdullayevin komandası Şimali İrlandiya ilə qarşılaşıb.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən qarşılaşmada millimiz rəqibinə 1:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komanamız 13-cü qrupdakı ilk matçda Çexiyaya böyük hesabla uduzub.