EN

Saatlıda heyva yığımına başlanılıbVİDEO

Saatlı rayonunun Qaralar kəndində heyva bağlarında məhsul yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, 5 il əvvəl əkilən meyvə ağaclarında artıq 2-ci ildir məhsul toplanır.

Fermerlər deyirlər ki, bu il məhsuldarlıq aşağıdır. Təsərrüfatçıların sözlərinə görə, ağacları çiçəkləmə dövründə havanın dəyişkən olması məhsuldarlığı aşağı salıb.

Heyva 2 dəfə dəriləcək. İlk mərhələdə orta və iri çəkidə olanlar tədarük olunur, çeşidləmə məntəqəsinə göndərilir. Artıq 150 tona yaxın heyva yığılıb.

Məhsulun az bir hissəsi daxili bazara çıxarılır. Əsas hissəsi isə tədarükçülər tərəfindən xarici ölkələrə ixrac edilir. Heyva yığımı bu ayın sonunda başa çatacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
80
xezerxeber.az

1Sources