EN

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər zəhərlənib - VİDEO - YENİLƏNİB-1

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, yanğın baş verən mənzil Arzu Məmmədovaya məxsusdur.

O, mənzili Elçin Qəribova kirayə verib. Hadisə zamanı evdə 3 nəfər olub.

Elçin Qəribov tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, yanğına səbəb elektrik naqillərində baş vermiş qısaqapanmadır.



***
22:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onyeddimərtəbəli yaşayış binasının onyeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 m² sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.



***
22:08

Bakıda yanğın olub.

APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Məhsəti Gəncəvi küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri cəlb edilib.

Bakıda
Chosen
62
28
apa.az

10Sources