EN

Belçika Rusiyanın Kiyevdə Azərbaycan səfirliyinə endirdiyi zərbə ilə bağlı narahatlığını ifadə edib

Bakı. Trend:

Belçika son həftələr Ukraynaya qarşı həyata keçiriləngenişmiqyaslı Rusiya hücumlarını ən qəti və birmənalı şəkildəpisləyir.

Trend xəbər verir ki, bunuBelçikanın xarici işlər naziri Maksim Prevo "X" sosial mediahesabında yazıb.

"Belçika son həftələr Ukraynaya qarşı həyata keçiriləngenişmiqyaslı Rusiya hücumlarını ən qəti və birmənalı şəkildəpisləyir.

Bu zərbələr dinc əhaliyə, yaşayış məhəllələrinə, xəstəxanalara,enerji infrastrukturu və həyati vacib xidmətlərə qəsdən yönəldilib.Nəticədə, o cümlədən uşaqlar olmaqla, günahsız insanlar həlak olubvə yaralanıb.

Biz həmçinin Rusiyanın Kiyevdə Azərbaycan səfirliyinə endirdiyizərbə ilə bağlı dərindən narahatıq. Diplomatik missiyaya hücumtəkcə yolverilməz deyil — bu, beynəlxalq sistemi qoruyub saxlayanprinsiplərə birbaşa hücumdur. Belçika Azərbaycanı və buzorakılıqdan zərər çəkən bütün diplomatik heyəti qətiyyətlədəstəkləyir.

Ukrayna xalqına: siz tək deyilsiniz. Biz sizin yanınızdayıq.Avropa və beynəlxalq tərəfdaşlarımızla birlikdə dəstəyi davametdirəcək və bu qanunsuz və mənəviyyatsız müharibə bitənə qədərRusiyaya təzyiqi artıracağıq", — deyə Maksim Prevo bildirib.

Chosen
66
2
az.trend.az

10Sources