Avropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı ümumi xərcləri 1 trilyon avroya çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalının efirində məlumat verib.
O, anti-Rusiya sanksiyalarının Aİ üçün ciddi siyasi və iqtisadi nəticələrə səbəb olduğunu vurğulayıb.
Türk diplomatının qiymətləndirməsinə görə, Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər Avropa iqtisadiyyatına və siyasi sabitliyinə əhəmiyyətli təsir göstərib.