EN

Erik Kantona: “Futbol fəhlə sinfinin oyunudur, bunu unutmaq lazım deyil”

“Mançester Yunayted”in və Fransa millisinin keçmiş futbolçusu Erik Kantona müasir futboldakı atmosfer haqqında fikirlərini bölüşüb.

İdman.Biz bildirir ki, o müasir atmosferi tənqid edib.

“Təəssüf ki, stadiondakı atmosfer dəyişib. Keçən mövsüm “Old Trafford”da “Mançester Siti”nin ilə oyuna baxırdım və sakitlik idi. “Yunayted” azarkeşləri dünyanın hər yerindən sadəcə butiklərə girmək üçün gələn insanların əhatəsində olmaqdansa, səfər oyunlarına getməyi, əsl azarkeşlərin yanında olmağı üstün tuturlar.

Əsl futbola, işçi insanlara daha yaxın olmalıyıq. Futbol fəhlə sinfinin oyunudur və bunu unutmamaq vacibdir. Əgər İngiltərədə yaşasaydım, üçüncü və ya dördüncü divizion klubuna azarkeşlik etməyi üstün tutardım. Əvvəlki enerjimizi görmürəm. Bu, azarkeşlərin günahı deyil; bu, klubların rəhbərliyinin - iqtisadi sistemin günahıdır”, - “The Telegraph” qəzeti Kantonanın sözlərini sitat gətirir.

İdman.Biz

Chosen
19
4
idman.biz

5Sources