EN

Azarov: ABŞ Zelenskini əvəz edəcək şəxsi axtarır

BAKI, 16 noyabr. TELEQRAF

ABŞ son altı ay ərzində Ukrayna müxtəlif siyasətçiləri ilə görüşərək, Volodimir Zelenskini əvəz edə biləcək şəxsi müəyyən etməyə çalışır.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın sabiq baş naziri (2010–2014) Nikolay Azarov bildirib.

"ABŞ Vaşinqtonda Ukrayna hakimiyyətinin müxtəlif siyasətçiləri ilə görüşərək, Volodimir Zelenskini əvəz edə biləcək şəxsi müəyyən etməyə çalışır. Mən bilirəm ki, amerikalılar son altı ay ərzində Ukrayna hakimiyyətinin bəzi siyasətçilərini fəal müzakirə edir, görüşür və Vaşinqtona dəvət edirlər. Yəqin ki, onlar haqqında öz fikirlərini formalaşdırır və Zelenskini əvəz edə biləcək şəxsi müəyyənləşdirirlər”, - Azarov bildirib.

Keçmiş baş nazir əlavə edib ki, Zelenskinin yaxın ətrafında yaranmış korrupsiya qalmaqalı ABŞ-ın onun əvəzini axtardığını təsdiqləyir. “Əgər bunu etməsəydilər, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) bu cür hərəkət etməsi mümkün olmazdı”, - o vurğulayıb.

Chosen
57
teleqraf.com

1Sources