EN

Millimiz Fransaya qarşı

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma 6-cı turda Fransa ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşün start fiti saat 21:00-da səslənəcək.

Hər iki komanda meydana itkilərlə çıxacaq. Millimizin heyətində Elvin Cəfərquliyev və Toral Bayramov yer almayacaqsa, qonaqlar Bakıya əsas ulduzu Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Konesiz gəliblər. 

Bu komandalar arasında Parisdə baş tutan görüş fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Fransa 13 xalla D qrupunun lideridir və artıq dünya çempionatına vəsiqəni rəsmiləşdirib. İslandiya və Ukrayna isə 7 xalla 2-3-cü yerləri bölüşürlər. Millimiz isə 1 xalla qrupda sonuncudur və bu görüşün nəticəsindən asılı olmayaraq seçmə mərhələni 4-c yerdə bitirəcəyi məlumdur. 

DÇ-2026-nın seçmə mərhələsi

D qrupu, VI tur

16 noyabr

21:00. Azərbaycan - Fransa

Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)

VAR: Kley Ruperti (Niderland)

AVAR: Kristaps Ratnieks (Latviya)

Bakı. Tofiq Bəhrəmaov adına Respublika Stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
sport24.az

5Sources